Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Yeni Azərbaycan Partiyasının Xudu Məmmədov 3 ərazi partiya təşkilatı yaradıldı
21 FEVRAL 2022

Yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan nüfuzundan və mövqeyindən geniş bəhs edib. "Partiya 30 illik yubileyini Zəfər ab-havasında qeyd edəcək, ötən illərin uğurları fonunda yeni-yeni hədəfləri müəyyənləşdirməklə  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın dayanıqlı inkişafına, daha da qüdrətlənməsinə öz böyük töhfələrini verəcək. 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur.”

İclasda çıxış edən “Azəristiliktəchizat” ASC-nin sədrin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulamışdır.