Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İstilik Elektrik Mərkəzi magistral istilik xətlərində təmir işləri aparılıb
06 OKTYABR 2022

“Azəristiliktəchizat” ASC-də 2022-2023-cü il payız-qış mövsümi ilə əlaqədar təmir-bərpa işləri davam edir. Cəmiyyətin əsas strukturlarından biri olan "İEM İstilik sistemləri İstismar Sahəsi"nin balansında olan magistral və paylayıcı istilik xətlərində əsaslı təmir işləri həyata keçirilməkdədir. Təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq hazırki vəziyyətdə ümumi uzunluğu 905 m təşkil edən  müxtəlif diametrli, o cümlədən diametri 57-114 mm olan 517 metr, 159 mm olan 210 metr, 630-720 mm olan 178 metr istilik xətləri tam şəkildə dəyişdirilmiş və sınaqdan keçirilmişdir. Bundan başqa 45 ədəd dirsək və 16 dəst müxtəlif diametrli siyirtmə yenisi ilə əvəz edilmişdir. Magistral istilik xətlərinin keçdiyi ərazilərdə müxtəlif təyinatlı kommunikasiyaların və yaşayış evlərinin mövcudluğu işlərin icrasında müəyyən çətinliklərin yaratmasına baxmayaraq bu işlərin görülməsinə cəlb edilən işçilərin  peşəkarlığı və işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulan tədbirlərin vaxtında və təhlükəsiz icrasını təmin etmişdir. Qeyd edək ki, şəhərin istilik təchizatı sxeminə uyğun olaraq 15 istilik paylayıcı məntəqə və 1 yüksəldici nasos stansiyası vasitəsi ilə İstilik Elektrik Mərkəzindən alınan istilik enerjisi ilə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən  197 yaşayış binası, o cümlədən 18 minə yaxın mənzil, 13 bağça, 6 məktəb, 4 səhiyyə və 101 digər təsərrüfat  və büdcədən maliyyələşdirilən  3 digər təşkilat istiliklə təmin edilir.

Hazırda işlər davam etdirilməkdədir və 25  oktyabr tarixə bütün işlərin başa çatdırılaraq mövsümə tam hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.