Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC Xüsusi texnika, avadanlıq və nəqliyyat vasitələrinin icarəsi xidmətinin satınalınmasına dair açıq tender elan edir
31.01.2024

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə dair ELAN

“Azəristiliktəchizat” ASC  Xüsusi texnika, avadanlıq və nəqliyyat vasitələrinin icarəsi xidmətinin satınalınmasına dair açıq tender elan edir

 

Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC

Satınalan təşkilatın VÖEN-i: 1700531291

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123

Müsabiqənin başlanma tarixi və vaxtı: 

30.01.2024 18:00 

Təkliflərin son təqdim olunma tarixi və vaxtı:

22.02.2024 16:00

Zərflərin açılması tarixi və vaxtı:

22.02.2024 16:00

 

Müsabiqədə iştirak haqqı: 350 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

İcra ünvanı

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3

İcra müddəti

Müqavilə bağlandığı andan iki iş günü müddətinə

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Köçürülmə yolu ilə

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi:

Qiymət təklifi:

Tender təklifinin qüvvədə olma müddəti

Zərflərin açıldığı gündən sonra azı 40 bank günü təşkil etməlidir

Tender təklifinin təminatının məbləği

Təklifin ümumi qiymətinin 1-3 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti

Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı

İcra təminatının məbləği satınalma müqaviləsinin ümumi məbləğinin 10 faizi (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 5 faizi) həcmində müəyyən olunur. İcra təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda, zəmanət müddəti daxil olmaqla) 30 (otuz) iş günü çox olmalıdır.

 

Təşkilati və hüquqi sənədlər:

Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması və son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməməsi

Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması

1.Təchizatçı haqqında:

a. Təchizatçı fiziki şəxs olduqda fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti;

b. hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışı) və nizamnaməsinin surəti;

c. birgə fəaliyyət göstərdikdə Şərtlər toplusuna uyğun olaraq birgə fəaliyyətə dair müqavilənin surəti və ya müqavilə bağlamaq barədə niyyət məktubu.

2.təchizatçı haqqında özü tərəfindən hazırlanmış arayış

a. Hüquqi və fiziki şəxs olduqda və (və ya)

b. Birgə fəaliyyət olduqda 2 a bəndinə əlavə olaraq

3. Şərtlər toplusuna uyğun olaraq təklifi imzalayan digər vəzifəli şəxs olduqda – etibarnamə.

Subpodratçı cəlb olunacaqsa təchizatçı tərəfindən hazırlanmış arayış

Müqavilənin icrası zamanı istifadə olunacaq əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması

Daşınmaz əmlaka münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və nəqliyyat vasitələrinə münasibətdə Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış, digər hallara münasibətdə  təchizatçının özü tərəfindən hazırlanmış arayış əsasında qiymətləndiriləcək

Məhkəmə qərarları ilə müflis elan olunmaması və ya bu prosedura başlanmaması, sahibkarlıq fəaliyyəti dayandırılmış şəxs olmaması, habelə borcuna görə əmlakının üzərinə tələbin yönəldilməməsi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati cərimənin tətbiq edilməməsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

Təchizatçı qismində çıxış edən fiziki şəxsin, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinin müvafiq satınalma predmeti üzrə müvafiq fəaliyyətlə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

Təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 (beş) il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən arayış əsasında qiymətləndiriləcək

Xüsusi tələblər

 

Satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması

ƏŞT-nun III bölməsi B hissəsi 3.1. bəndində qeyd olunan tələblərə uyğun sənədlər PDF formatında təqdim edilməlidir.

Satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması

ƏŞT-nun III bölməsi B hissəsi 3.2, - 3.2.1. - 3.2.2, - 3.2.3, - 3.2.4, - 3.2.5, - 3.2.6, - 3.2.7, - 3.2.8 - ci bəndlərdə qeyd olunan tələblərə uyğun sənədlər PDF formatında təqdim edilməlidir.

Müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması

ƏŞT-nun III bölməsi B hissəsi 3.3. bəndində qeyd olunan tələblərə uyğun sənədlər PDF formatında təqdim edilməlidir.

 

 Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

 

Nicat Nuraliyev

Satınalmalar üzrə mütəxəssis

info@azeristilik.gov.az

(+99477) 419-02-06