Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC və Asiya İnkişaf Bankı arasında görüş keçirilib
13 DEKABR 2022

Dekabrın 12-də "Azəristiliktəchizat" ASC və Asiya İnkişaf Bankı (ADB) nümayəndələri arasında işgüzar görüş keçirilib. Görüş zamanı "Azəristiliktəchizat" ASC–nin fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verilib və birgə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Diqqətə çatdırılıb ki, 2005-ci ildə yaradılan "Azəristiliktəchizat" ASC hazırda ölkə ərazisində 184,0 mindən artıq mənzilə və 3000-ə yaxın büdcədən maliyyələşən və digər təsərrüfat subyektlərinə xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 aprel tarixli "İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn yeni strateji vəzifələr barədə məlumat verilib.

Asiya İnkişaf Bankının Azərbaycandakı ölkə ofisinin rəhbəri xanım Kandis MakDeyqan istilik təchizatı sahəsində  islahatların vacibliyini vurğulayıb və bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirəcəklərini bildirib.