Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyyat hissələrinin satın alınmasına dair açıq tender elan edir
30.08.2022

Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə dair ELAN

"Azəristiliktəchizat" ASC qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyyat hissələrinin satın alınmasına dair açıq tender elan edir

Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC

Satınalan təşkilatın VÖEN-i: 1700531291

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123

Müsabiqənin başlanma tarixi və vaxtı:  30.08.2022
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.09.2022 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.09.2022 16:00
Zərflərin açılması tarixi və vaxtı: 28.09.2022 16:00

 

Müsabiqədə iştirak haqqı: 250 AZN

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:

İcra ünvanı

Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3

İcra müddəti

28.02.2023-cü il tarixinədək

ÇATDIRILMA ŞƏRTLƏRİ

DDP

ÖDƏNİŞ ŞƏRTLƏRİ

Tenderin əsas şərtlər toplusuna əsasən

Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN

Tender təklifi:

Qiymət təklifi:

Tender təklifinin qüvvədə olma müddəti Tender təklifi – Portalda olan siyahı üzrə qiymətlər yazılmalıdır. (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır) (satınalma predmeti üzrə cədvəl Portala yüklənməklə yanaşı tender təklifi rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir)
Tender təklifinin təminatının məbləği Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir
Tender təklifinin təminatının qüvvədə olma müddəti Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı Tələb olunmur

 

Təşkilati və hüquqi sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış Elan tarixindən sonrakı tarixə vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir)
Maliyyə vəziyyəti haqqında bank arayışı İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış – müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir. (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir)
Nizamnamə İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir
Qeydiyyatdan keçdiyi ölkə İddiaçının qeydiyyatdan keçdiyi ölkə - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir
Rekvizitlər Bank rekvizitləri - Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış (sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir
İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti Sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir
Satın alınan malların uyğunluq sertifikatları və mallar daxili istehsal olduqda istifadə olunacaq xammalın mənşə sertifikatları, xarici istehsalçı vasitəsilə təqdim edildikdə müvafiq malların mənşə sertifikatları Malların funksionallığı və orijinallığı əsas göstərici hesab edilir və iddiaçı tərəfindən qiymətləndirmə üçün nümunələr təqdim edilməlidir. Təqdim edilmədikdə kənarlaşdırılacaq. (Certificate of Origin) – Bu sənədlər “Güzəştli Düzəliş”in tətbiq edilməsi üçün əsas amil hesab edilir. (qalib iddiaçı ilə satınalma müqaviləsi bağlandıqdan sonra malların və xammalın mənşə sertifikatı mallar və xammallar istehsalçı ölkədən çıxandan sonra, uyğunluq sertifikatı isə mallar idxal olunduqdan sonra təqdim edilməlidir) – Sənədlər heç biri təqdim edilmədiyi halda mallar müqavilə bağlanılmazdan öncə nümunələrin təqdim edilməsi şərtilə (originallıq yoxlanılmaqla) qəbul edilə bilər
Baş təchizatçı kimi təqdim etdiyi analoji xüsusiyyətli, həcmli mallar, xidmətlər və davam etdirilən layihələr” meyarı üzrə - Bu çeşidli malların satınalması üzrə minimum 2 yerinə yetirilmiş müqavilə təqdim etməlidir Analoji sahələr üzrə fəaliyyətinin olması və yaxud davam etməsi vacib hesab edilir. QİYMƏTLƏNDİRMƏ ÜÇÜN MALGÖNDƏRƏN TƏRƏFİNDƏN TƏQDİM EDİLƏCƏK İXTİSAS GÖSTƏRİCİLƏRİ İLƏ BAĞLI SƏNƏDLƏRİN FORMALARIna uyğun “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – X. “analoji xüsusiyyətli, həcmli mallar və davam etdirilən layihələr” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir); Təqdim edilmədikdə kənarlaşdırılacaq
Texniki imkanlar və əsas vəsaitləri barədə məlumat Bu meyar üzrə iddiaçının bütün texniki imkanları (avadanlıq, fəaliyyət sahəsi, iş yeri, istehsal sahəsi və s.) və əsas vəsaitləri (bu çeşiddə mallar üzrə müvafiq dövriyyəsi olmalıdır, aktivləri, müvafiq sahə üzrə mütəxəssislərin sayı (minimum 3 nəfər) və s.) təqdim edlməlidir. QİYMƏTLƏNDİRMƏ ÜÇÜN MALGÖNDƏRƏN TƏRƏFİNDƏN TƏQDİM EDİLƏCƏK İXTİSAS GÖSTƏRİCİLƏRİ İLƏ BAĞLI SƏNƏDLƏRİN FORMALARIna dair “İxtisas göstəriciləri” forması (tenderin əsas şərtlər toplusu: III Hissə: Bölmə – 10: “Texniki imkanlar və əsas vəsaitləri” barədə məlumat) (“İxtisas göstəriciləri” forması iddiaçı tərəfindən doldurulmalı, rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir); Təqdim edilmədikdə kənarlaşdırılacaq
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün idarəetmə səriştəsinin, etibarlığının olması Tövsiyə məktubları, referansları və s. skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması Əmr və təsisçilərin yığıncağının qərarı və s. sənədlərin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması Notarial qaydada təsdiq edilmiş sənəd (“Yüklülüyün olmaması barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdim edilmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) və s.) skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir; Təqdim edilmədikdə kənarlaşdırılacaq
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və yaxud Asan Xidmət Mərkəzləri tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayış və yaxud Dövlət Vergi Xidmətinin İbtidai Araşdırmalar Baş İdarəsi tərəfindən verilən arayış olmalıdır. Sənədlərin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir; Təqdim edilmədikdə kənarlaşdırılacaq

 

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)

Zamiq Səmədov Aparıcı mühəndis info@azeristilik.gov.az (+99412) 579-52-98