"Azəristiliktəchizat" ASC-nin mütəxəssisləri regionun tikinti sahəsindəki ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi çərçivəsində təşkil olunan “Rebuild Karabakh” , “Aquatherm Baku” və “Road&Traffic” sərgiləri ilə yaxından tanış olublar.
Cəmiyyətin əməkdaşları dünyanın 370-dən çox aparıcı şirkətinin iştirak etdiyi İnşaat Həftəsində stendlərə baxış keçirib və yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.
Məlumat üçün bildirək ki, Xəzər İnşaat Həftəsi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə elan edilən “Heydər Əliyev ili”nə təsadüf edib.