Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC “INNIO JENBACHER” şirkəti ilə istilik təchizatı sahəsində innovativ həlləri müzakirə edib
24 OKTYABR 2024

İstilik təchizatı sahəsində enerji səmərəliliyin artırılması və karbon emissiyasının azaldılması istiqamətində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi Avstriyanın qabaqcıl şirkəti olan “INNIO JENBACHER”in nümayəndələri ilə görüşüb.

Beynəlxalq mütəxəssislərə “Azəristiliktəchizat” ASC-nin fəaliyyəti, qarşıda duran strateji vəzifələr, son illərdə istilik təchizatı sahəsində aparılan sistemli islahatlar və Azərbaycanda mərkəzi istilik sisteminin strukturu ilə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, “Azəristiliktəchizat” ASC ölkənin istilik infrastrukturunun modernləşdirilməsi və enerji təchizatının səmərəliliyinin artırılması məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Tərəflər enerji istehsalı və istilik təchizatı sahəsində mövcud texnoloji imkanlar barədə geniş fikir mübadilə aparıblar.

Qaz-porşen texnologiyası ilə işləyən kogenerasiya qurğularının istehsalında təkmilləşmiş “INNIO JENBACHER” şirkətinin nümayəndələri xidmətləri, kogenerasiya və trigenerasiya texnologiyalarının imkanları barədə təqdimatı görüş iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd olunub ki, şirkətin istifadə etdiyi texnologiyalar eyni zamanda istilik və elektrik enerjisinin istehsalını təmin edir ki, bu da enerji sistemlərinin səmərəliliyini artırılmasına hesablanıb.

Görüş çərçivəsində iştirakçılar qurğuların tətbiqi, mövcud texnoloji imkanların araşdırılması yollarını da müzakirə ediblər.