Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib
18 MART 2023
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi iştirak ediblər. Aksiya zamanı Abşeron yarımadasının iqliminə uyğun 500-dən çox Eldar şamı ağacı əkilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.