Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC-də Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir keçirildi
09 IYUN 2023

"Azəristiliktəchizat" ASC-də dahi siyasətçi və qüdrətli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini yad edib, ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti,  siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə iştirak ediblər.

"Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev  tədbiri açaraq öncə iştirakçıları salamlayıb, Azərbaycan Respublikasında istilik təchizatı sistemlərinin inkişaf tarixi, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bu sahədə görülən genişmiqyaslı işlər haqqında ətraflı məlumat verib. İlham Mirzəliyev istilik təchizatı sistemlərinə dair bəzi arxiv materiallarını da ilk dəfə olaraq iştirakçıların diqqətinə çatdırıb.

Çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin, ölkənin enerji strategiyasının əsaslarının formalaşdırılmasındakı rolu barədə danışmış, Ulu öndərin irsinin və təcrübəsnin öyrənilməsinin gücləndirilməsi baxımından tədbirin mühim əhəmiyyət kəsb etdiyini bildirib. Rafiq Quliyev qeyd edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin böyük dövlət idarəçiliyi irsi və təcrübəsi ölkəmiz üçün yeni mütəxəssislərin yetişdirilməsində müstəsna rola malikdir.

Rafiq Quliyev çıxışında  Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının şərti səciyyə daşıdığını, bu böyük şəxsiyyətin ideyaları və əməllərinin hər hansı bir məhdudiyyət tanımadığını və onun zamanının respublikamızda əbədiyyətə qədər davam edəcəyini qeyd edib.

Əməkdar jurnalist, professor Vüqar Rəhimzadə dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını vurğulayıb.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Tədbirin "Azəristiliktəchizat" ASC-nin yaradılmasının 18-ci ilinə təsadüf  etməsi ilə əlaqədar   qonaqlar  bu münasibətlə kollektiv üzvlərini təbrik edib, Cəmiyyətin qarşısında duran məsuliyyətli vəziflərin icrasında uğurlar arzulayıblar.

Tədbirin sonunda "Azəristiliktəchizat" ASC-də səmərəli və uğurlu fəaliyyət göstərən ən yaşlı və ən gənc əməkdaşı rəhbərlik tərəfindən mükafatlandırılıb.