Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Avstriyanın "Klinger Fluid Control" GmbH şirkətinin nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib
24 APREL 2024

 

Avstriya İqtisadiyyat Palatasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təşkilatçılığı ilə Avstriyanın "Klinger Fluid Control" GmbH şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Şirkətinin nümayəndəsi Grzegorz Dabrowski həyata keçirilən layihələrdən danışıb,  şirkətin müxtəlif sahələr üçün etibarlı bağlanma klapanları və digər avadanlıqların istehsalı üzrə beynəlxalq mühitdə aparıcı mövqeyə sahib olduğunu qeyd edib.

"Azəristiliktəchizat" ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev istilik təchizatı sahəsində aparılan islahatlar və enerji resurslarından səmərəli istifadə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Görüşdə "Klinger Fluid Control" şirkəti məhsullarının təqdimatını həyata keçirib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.