Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) ilə əməkdaşlıq imkanları müzakirə edilib
20 FEVRAL 2023

"Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin səmərəliləşdirilməsi və gücləndirilməsi üçün aparılan islahatların dəstəklənməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində şirkətin rəhbərliyi ilə Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) nümayəndələri arasında işgüzar görüş keçirilib. Görüşdə "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və digər rəhbər heyət iştirak etmişdir.

Qonaqlara şirkətin fəaliyyəti, qarşıda duran vəzifələr və istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Vurğulanıb ki, hazırda davam edən istilik mövsümündə “Azəristiliktəchizat” ASC-nin 564 qazanxanası istismar olunmaqla 184,0 mindən artıq mənzil və 3000-ə yaxın büdcədən maliyyələşən və digər təsərrüfat subyektləri istiliklə təchiz olunur və Cəmiyyətin xidmət dairəsi Bakı şəhərindən əlavə respublikanın 44 şəhər və rayonunu əhatə edir.

Avropa Enerji Tənzimləyiciləri Şurasının nümayəndələrinə Azərbaycanda energetika sahəsində həyata keçirilən islahatlar və müasirləşdirmə tədbirlər barədə geniş məlumat verilib. Avropa Birliyi Enerji Üçün (EU4Energy) proqramı çərçivəsində göstəriləcək potensial texniki yardımın və təcrübə mübadiləsinin istilik enerjisi sektorunun optimallaşdırılması və şirkətin idarəetmə və texnoloji infrastrukturunun müasirləşdirilməsi vasitəsi ilə xidmət keyfiyyətinin yüksəldilməsinə önəmli töhfə verəcəyi bildirilib. Əməkdaşlıq çərçivəsində istilik enerjisi ilə bağlı sektor strategiyasının və qanun layihəsinin, şirkətin yeni korporativ strateji planının hazırlanması imkanları müzakirə edildi.

Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) nümayəndələri “Azəristiliktəchizat” ASC-də həyata keçirilən islahatları dəstəklədiklərini və şirkət ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.