Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2022-2023-cü ilin istilik mövsümünə hazırlıqla əlaqədar mövsümi işçilər işə cəlb ediləcək
12 OKTYABR 2022

2022-2023-cü illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində qazanxana və istilik məntəqələrində çalışacaq əməliyyatçıların hazırlanması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin "Tədris Mərkəzi"ndə təlim kursları fəaliyyətə başlamışdır.

Təlim kursları Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası, Yanğın Təhlükəsizliyi və Texniki İstismar qaydalarının tələbləri nəzərə alınmaqla təsdiq edilmiş tədris proqramına uyğun olaraq Cəmiyyətin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır. Tədris iki növbəli təşkil edilib və 18 yaşdan yuxarı bütün kateqoriyalardan olan şəxslərin bu təlimlərdə iştirak hüququ var.

Təlim kursları işə cəlb edilməsi nəzərdə tutulan əməliyyatçıların qazanxana və istilik məntəqələrində quraşdırılmış avadanlıqların istismarı ilə bağlı ən minimal biliklərə sahib olmaqla peşə hazırlıqlarının artırılmasına və istehsal prosesinin təhlükəsizliyinin təmin edilməsinə imkan verəcəkdir.

Təlim kursunun yekunlarına görə dinləyicilərin bilikləri və işgüzar keyfiyyətləri qiymətləndiriləcək və bunun əsasında onların Cəmiyyətin balansında olan qazanxana və istilik məntəqələrində sərbəst işə buraxılması ilə bağlı tövsiyyələr hazırlanacaqdır.

Kurslarda 380 nəfər iştirak edib. Qeyd edək ki, qazanxana və istilik məntəqəsi əməliyyatçısı vəzifələrinə 1100-ə yaxın işçinin qəbulu planlaşdırılır. Hazırda işlər plana uyğun davam etdirilir.

Məlumat üçün bildirək ki, "Azəristiliktəchizat" ASC-də işə qəbul prosesində şəffaflığı təmin etmək məqsədilə dinləyicilər arasında kursların təşkili ilə bağlı anonim sorğu keçirilib. Sorğu zamanı “Qazanxana əməliyyatçısı” kursunu bitirənlər müvafiq formada öz rəy və təkliflərini bildiriblər.