Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Payız-qış mövsümünün başa çatması ilə əlaqədar geniş mətbuat konfransı keçirilib
14 APREL 2023

30-a yaxın nüfuzlu dövlət və özəl telekanalların, radio, qəzet, sayt və xəbər agentliklərinin iştirak etdiyi mətbuat konfransında 2022-2023-cü illər istilik mövsümünün başa çatması, mövsüm ərzində görülən işlər, Cəmiyyətin fəaliyyətində yeniliklər və aparılan islahatlar, həmçinin Cəmiyyətin qarşısında duran vəzifələr barədə media nümayəndələri ətraflı məlumatlandırıldı. “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev kütləvi informasiya vasitələrinin əməkdaşlarının bütün suallarını ətraflı cavablandırdı.

Mətbuat konfransı zamanı “Azəristiliktəchizat” ASC-nin təkmilləşdirilən  rəsmi internet səhifəsi və yeni hazırlanan loqosunun da təqdimatı keçirildi.

Məlumat üçün bildirək ki, Cəmiyyətin struktururuna daxil olan paytaxt ərazisində 21 İstilik Sistemlərinin İstismar Sahələri, digər şəhər və rayonlarda 46 İstismar Sahələri tərəfindən başa çatan 2022-2023-cü illər istilik mövsümündə 562 qazanxana və 88 istilik məntəqəsi  istismar edilməklə  3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin edilmişdir.