“Azəristiliktəchizat” ASC xidmət göstərdiyi qazanxana və istilik məntəqələrində müasir texnologiyanın tətbiqində maraqlıdır. Xidmətimizdə olan istiliktəchizatı obyektlərinin 86%-dən çoxu modernləşdirilərək avtomat rejimdə işləyən müasir tipli avadanlıqlarla əvəz olunmuşdur.
260-dan çox istilik mənbəyində texnoloji rejim parametrlərinə məsafədən nəzarət oluna bilən GPRS sistemləri qurulmuşdur ki, bunun vasitəsi ilə obyektə getmədən texnoloji rejim parametrlərinə məsafədən nəzarət etmək mümükün olur.
Xidmət səviyyəsinin artırılması və qeydiyyat –uçotun dəqiqləşdirilməsi üçün abonentlər üçün istilik və isti su sayğaclarının quraşdırılması nəzərdə tutulur.
İstiliktəchizatı obyektlərinin diaqnostikası və auditin aparılması məqsədi ilə müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyanın qurulması nəzərdə tutulur.
Həmçinin alternativ enerji mənbələrinin tətbiqi üçün araşdırmalar aparılır. Xüsusən də istilik nasoslarının imkanları öyrənilir. Gələcəkdə alternativ enerji sahəsinə keçid üçün imkanların yaradılması nəzərdə tutulur.