Asiya İnkişaf Bankının layihəsi çərçivəsində növbəti görüş keçirildi
03 АВГУСТА 2026


“Azəristiliktəchizat” ASC-də Asiya İnkişaf Bankı tərəfindən dəstəklənən “Azərbaycanda istilik sektorunun dekarbonizasiyası və bərpa olunan istilik mənbələrinin inteqrasiyası” üzrə Texniki Yardım layihəsi çərçivəsində layihənin məsləhətçi heyəti ilə növbəti görüş keçirilmişdir.
Asiya İnkişaf Bankının nümayəndəsi Səhmdar Cəmiyyətin strateji və xətti rəhbərləri ilə aparılan görüşlər barədə məlumat verərək bildirmişdir ki, görüşlərin əsas məqsədi Səhmdar Cəmiyyətin mövcud biznes proseslərinin diaqnostikasını aparmaq, idarəetmə və təşkilatlanma sahəsində optimallaşdırma imkanlarını müəyyən etmək və Cəmiyyətin korporativ inkişafı strategiyasının hazırlanması üçün müvafiq məlumat bazasını təmin etmək olub.
Digər








