Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Xidmətə qoşulmaq üçün texniki şərt

Mövcud qaydalara, əsasən, istənilən istehlakçıların istilik təchizatı mənbələrinə qoşulması texniki şərtlər əsasında həyata keçirilir və texniki şərtlər Bakı şəhərində 1 saylı Asan Kommunal Mərkəzi vasitəsilə verilir.

Bunun üçün binanın balans saxlayıcısı və ya mülkiyyətçisi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) mərkəzlərə müraciət edilməlidir.

Balans saxlayıcısı və ya mülkiyyətçi texniki şərtlərə uyğun olaraq, obyektin istilik təchizatı sisteminin layihələndirilməsini həyata keçirməlidir. Eyni zamanda texniki şərt üzrə müəyyən edilən işlər, o cümlədən istilik xətlərinin çəkilməsi və tikinti-quraşdırma işləri balans saxlayıcısı və ya mülkiyyətçinin öz vəsaiti hesabına həyata keçirilir. 

Texniki şərtlərin verilməsi aşağıdakı ardıcılıq üzrə aparılır:

  1. İlk növbədə vətəndaş “ASAN Kommunal” mərkəzlərinə müraciət edərək, Ərizə yazır və istiliklə təmin olunması nəzərdə tutulan fərdi yaşayış evi və ya qeyri-yaşayış obyekti üçün tələb olunan müvafiq sənədlər:
    • Fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin mülkiyyət hüququnu təsdiq edən sənədin surətini (çıxarış) ;
    • Texniki pasportun surətini;
    • Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətini.
  2. "Azəristiliktəchizat" ASC-yə daxil olan Ərizələr Ümumi şöbədə qeydiyyata alındıqdan və rəhbərlik tərəfindən dərkənar imzalandıqdan sonra, icra üçün müvafiq şöbəyə verilir;
  3. Şöbə tərəfindən Ərizə istiliklə təmin olunması nəzərdə tutulan ünvanlara uyğun rayon İSİS-lərə göndərilir və onlardan həmin ünvanlara yerində baxış keçirilməsi və istilik şəbəkəsinə qoşulmanın mümkünlüyü ilə bağlı məlumat alınır;
  4. İSİS-dən məlumat alındıqdan sonra, şöbənin əməkdaşı tərəfindən texniki şərt üçün müraciət olunan yaşayış və ya qeyri-yaşayış obyektinin istilik tələbatı hesablanır və abonentin həmin ərazidə mövcud olan istilik şəbəkəsinə qoşulmasının mümkünlüyü araşdırılır;
  5. Əgər mövcud istilik şəbəkəsinə qoşulma mümkündürsə, həmin fərdi yaşayış evi və ya qeyri-yaşayış obyekti üçün texniki şərt hazırlanır və təsdiqlənməsi üçün rəhbərliyə təqdim edilir;
  6. Texniki şərt təsdiqləndikdən sonra, əsli “ASAN Kommunal” vasitəsilə Sifaişçiyə təqdim olunur və 1 nüsxəsi də İcraçıda saxlanılır;
  7. Sifarişçi texniki şərti aldıqdan sonra, şərtdə göstərilənlərin icrasını həyata keçirməlidir. Bunun üçün mövcud istilik xəttindən fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin qoşulma nöqtəsinə qədər istilik tələbatına uyğun istilik xəttinin layihələndirilməsi və quraşdırılma işləri bağlanacaq müqavilə əsasında sifarişçinin vəsaiti hesabına bu sahədə ixtisaslaşmış lisenziyası olan təşkilat tərəfindən yerinə yetirilməlidir;
  8. İşlənmiş layihə razılaşdırılması üçün “Azərisitiliktəchizat” ASC-yə təqdim olunmalıdır. Layihə Cəmiyyət ilə razılaşdırıldıqdan sonra, İSİS-in nümayəndəsinin nəzarəti altında sifarişçi tərəfindən mövcud istilik xəttindən fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin qoşulma nöqtəsinə qədər istilik xəttinin çəkilişi həyata keçirilir;
  9. Fərdi yaşayış evi və ya qeyri-yaşayış obyektinin istilik şəbəkəsinə faktiki qoşulması “Azəristiliktəchizat” ASC ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra mümkün olacaqdır.