Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Audit ekspertiza

Cəmiyyətin uzun illər iş təcrübəsinə malik professional mütəxəssislərindən təşkil olunmuş xidmət sahələri qazanxanaların və istilik təchizatı obyektlərinin, qazan və avadanlıqların, həmçinin istilik xətlərinin istismara yararlığının auditinin aparılması həyata keçirməkdədir. Şirkətə məxsus texniki qurğu və vasitələrlə bütün qazanxana  avadanlıqlarının  diaqnostikası, istilik xətlərində axıntıların yerinin tapılması,  esenjorların və istilik mübadilə aparatlarının ərplə tutulma səviyyəsinin müəyyən edilməsi, nəzarət ölçü cihazlarının və avtomatika avadanlıqlarının yoxlanması, termometr və manometrlərin  kalibrlənməsi, qaz qurğularının yoxlanması və təmirdən sonra rejim - sazlama işlərinin, nasos və mühərriklərin istismarı zamanı yaranmış nasazlıqların səbəblərinin aşkarlanması, habelə yanma prosesinin tənzimlənməsi aparılmaqdadır. 

Bundan başqa binadaxili istilik sistemlərinin təftişi, texnoloji ardıcıllığa əməl olunmasının yoxlanılması və mövcud vəziyyətdə qızdırılması mümkün olmayan sahələrin də isidilməsi üçün texniki həll yollarının müəyyən edilərək tövsiyyələrin verilməsi həyata keçirilir.

Əməkdaşlıq üçün xidmet@azeristilik.gov.az elektron ünvanına və ya 956 “Çağrı mərkəzi”nə müraciət edərək əlavə məlumat əldə edə bilərsiniz.