Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçiriləcək
30 МАЯ 2025
2025-ci ilin 20 iyun tarixi saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Saatlı rayonu, Gənclər mərkəzində keçiriləcəkdir.
Məlumat və əlaqə üçün:
(+994 77) 418 03 45
(+994 77) 418 00 18
E-mail: info@azeristilik.gov.az
Digər