Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Qızdırıcı cihazların quraşdırılmasına dair FAYDALI MƏLUMATLAR

Payız-qış mövsümü zamanı sakinlərin “Azəristiliktəchizat” ASC-yə müraciətlərinin əsas mövzularından biri də mənzillərdə qızdırıcı cihazların düzgün quraşdırılması və istismarıdır. Bununla bağlı mütəxəssislər tərəfindən hazırlanmış aşağıdakı faydalı məlumatları diqqətinizə çatdırırıq.

Mənzillərdə keyfiyyətli istilik təminatı üçün ilk növbədə qızdırıcı cihazlar (radiatorları) düzgün seçilməlidir və aşağıdakı amillər nəzərdə alınmalıdır:

 

  1. Seksiyalı çuqun radiatorlar

Müsbət cəhətlər:

  • Uzun istifadə müddəti
  • Korroziyaya dayanıqlığı
  • Xarici zədələnmələrə qarşı dözümlülüyü
  • Sistem dayandıqdan sonra bir neçə saat istilik saxlaması
  • Seksiya sayının artırıb azaldılması mümkünlüyü

Mənfi cəhətlər:

  • Çəkisinin ağır olması
  • Dizaynın cəlbedici olmaması
  • Çəkilərinin çox olmasına görə montaj çətinliyi
  1. Seksiyalı alüminium radiatorlar

Müsbət cəhətlər:

  • Çəkisinin az olduğu üçün asan montaj olunması
  • Yüksək işçi təzyiqinin olması
  • Dizaynının cəlbedici formalarının satışda olması
  • Ölçü müxtəlifliyi
  • Seksiya sayının artırıb azaldılması mümkünlüyü

Mənfi cəhətlər:

Xarici zədələrə nisbətən həssaslıq

  1. Panel Polad radiatorlar

Müsbət cəhətlər:

  • Dizaynın cəlbedici olmaması
  • Asan montaj olunması

Mənfi cəhətlər:

  • Korroziyaya həssaslığı
  • Xarici zədələrə nisbətən həssaslıq

 

Bununla yanaşı, radiatorda seksiyaların sayının müəyyənləşdirilməsi vacib məqamlardandır. Sayın düzgün seçilməsi mənzilin enerji ehtiyacına və isidilməsinə təsir edən amillər sırasındadır.

Yaşayış binalarının isidilməsi üçün binanın 1 m2 ümumi sahəsinə görə istilik miqdarını layihə hesabatları olmadıqda dövlət tikinti normalarına görə qəbul etmək olar.Belə olan halda,  4-6 mərtəbəli yaşayış binaları üçün saatda  50 Vt tələb olunur.

7-10 mərtəbəli yaşayış binaları bu rəqəm 46 Vt təşkil edir. Bu istilik miqdarı 1995-ci ilə qədər tikilmiş yaşayış binalarına şamil olunur.  1995-ci ildən sonra tikilən yaşayış 4-6 mərtəbəli yaşayış binalarında saat 45 Vt  7-10 mərtəbəlilərdə isə 41 Vt təyin edilir.    

Həmçinin bu istilik tələbatı mənzillərin cəhətlərə görə (şimal, cənub, qərb və şərq) yerləşməsindən asılı olaraq azaltmaq və ya çoxaltmaq olar. Bina küləydən qorunmayan ərazidə yerləşdiyində küləyi nəzərə alan əmsal kimi Bakı şəhəri üçün əlavə 20 % nəzərə almaq olar.

Mənzildaxilində radiatorların yerləşdirilməsi isə  tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. Burada əsasən radiatorların divardan 25 mm, döşəmədən 60 mm və pəncərə altından ən azı 50 mm aralı quraşdırılmalıdır. Qızdırıcı cihazların divar oyuqlarında yerləşdirilməsinə yol verilmir.

Qızdırıcı qurğular və boruların seçilməsində mərkəzləşdirilmiş sistem ilə fərdi istilik sistemləri diqqətə alınmalı məqamlardandır. Qızdırıcı qurğular və mənzil daxili borular istilik şəbəkəsinin parametrlərinə əsasən seçilir. Burada ilk olaraq istilik şəbəkəsinin işçi təzyiqi və temperaturu dəqiq bilinməlidir. Həmçinin mənzil daxili borular seçilərkən istilik təchizatı üçün nəzərdə tutulmuş polad, metalplas və ya falqalı plasmas borulardan istifadə olunmalıdır. Qızdırıcı cihazların ardıcıl qoşulması bir otağın daxilində nəzərdə tutula bilər.

Mütəxəssislər bildirirlər ki, istilik təchizatının düzgün təşkili zamanı radiatora quraşdırlan ventil və “bypass” sistemi əsas nüanslardandır.Radiatorların girişində və çıxışında avtomatik istilik tənzimləyici  quraşdırılmalıdır. Həmçinin bir borulu istilik xətlərinin çəkilişi zamanı radiatorlardan əvvəl baypas xətti quraşdırılmalıdır.

Qloballaşan dünyada isitilik sistemlərinin inkişafına dair innovativ addımlar atılmaqdadır. Müasir həyatda ağıllı ev anlayışını yəqin ki, bir çoxlarımız eşitmişik.  İsitmə sisteminin ağıllı ev sisteminə qoşulması ilə istilik cihazlarının iş rejiminə məsafədən nəzarət və idarə etmə mümkündür. Bu innovativ sistemin tətbiqi sahəsində mənzillərdə komfort temperaturun daim nəzarətdə saxlanılması daha əlverişli hesab olunur.