









Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin sentyabr ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Mingəçevir şəhərində Mingəçevir və Yevlax sakinlərini qəbul edib.
Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Mingəçevir şəhərində istilik enerjisi təchizatı sahəsində 2025-2026-cı illər payız-qış mövsümünə dair aparılan hazırlıq işləri yaxından tanış olub.








