Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-də könüllü qanvermə aksiyası keçirilib
15 СЕНТЯБРЯ 2026

“Azəristiliktəchizat” ASC-də Səhiyyə Nazirliyinin Respublika Qan Bankının təşkilatçılığı ilə irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına dəstək göstərilməsi məqsədilə könüllü qanvermə aksiyası keçirilmişdir.

Humanitar təşəbbüsə Cəmiyyətin əməkdaşları fəal şəkildə qoşulmuş, aksiyada ümumilikdə 35 əməkdaş könüllü olaraq iştirak etmişdir.

Qanvermə prosesindən əvvəl Respublika Qan Bankının tibbi heyəti tərəfindən aksiyada iştirak edən əməkdaşların sağlamlıq vəziyyəti qiymətləndirilmiş, zəruri tibbi müayinələr aparılmışdır. Müayinələrin nəticələrinə əsasən, müvafiq tibbi göstəricilərə cavab verən şəxslərdən qan götürülmüşdür. Qanvermə prosesi müəyyən edilmiş tibbi, sanitar-gigiyenik və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilmişdir.

Aksiyanın keçirilməsində əsas məqsəd talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsi üçün zəruri qan ehtiyatlarının artırılmasına töhfə verilməsi, eyni zamanda cəmiyyətdə könüllü qan donorluğunun əhəmiyyətinin təşviq edilməsi olmuşdur.

“Azəristiliktəchizat” ASC kollektivinin sözügedən humanitar təşəbbüsə qoşulması Cəmiyyətin sosial məsuliyyət, həmrəylik və ictimai faydalılıq prinsiplərinə verdiyi önəmin göstəricisi olmuşdur.