Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

İqtisadiyyat şöbəsinə mütəxəssis
26.08.2026
Namizədlərə tələblər aşağıdakı kimidir:
  • Ali təhsil – iqtisadiyyat və ya digər uyğun ixtisas;
  • İqtisadi və maliyyə göstəricilərini təhlil etmək bacarığı;
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Excel-də formulalar, Pivot Table, məlumatların emalı və analizi üzrə praktiki bacarıqlar;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • Hesabat və analitik sənədlərin hazırlanması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.

Üstünlük veriləcək

  • İqtisadiyyat, büdcə, maliyyə və ya analitika sahəsində iş təcrübəsi;
  • Power BI və digər analitik alətlərlə işləmə bacarığı;
  • Maliyyə modelləşdirilməsi və proqnozlaşdırma üzrə biliklər;
Vəzifə öhdəlikləri:
  • Müəssisənin fəaliyyətinin iqtisadi göstəricilərinin proqnozlaşdırılması, illik, rüblük və aylıq iqtisadi planların hazırlanmasında kiştirak etmək;
  • Gəlir və xərclər smetasının hazırlanmasında iştirak etmək;
  • Struktur bölmələrdən daxil olan maliyyə-iqtisadi məlumatları toplamaq və ümumiləşdirmək;
  • Faktiki göstəricilərin plan göstəriciləri ilə müqayisəsini və kənarlaşmaların təhlilini aparmaq;
  • Xərc maddələri üzrə iqtisadi təhlillər və hesablamalar hazırlamaq;
  • Maliyyə-iqtisadi göstəricilər üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək;
  • Statistik və analitik məlumatları toplamaq, şöbənin səlahiyyətlərinə aid iqtisadi-statistik hesabatların hazırlamaq;;
  • Rəhbərliyə təqdim olunmaq üçün arayış, cədvəl və təqdimatların hazırlanmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə digər iqtisadi hesablamaları həyata keçirmək.
  • Öz fəaliyyət sahəsi üzrə qanunvericiliyin, cəmiyyətin nizamnaməsinin, daxili qaydaların və rəhbərliyin əmrlərinin tələblərinə riayət etmək;
  • Kommersiya və xidməti məlumatların məxfiliyini qorumaq.
İş qrafiki
İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
Əmək haqqı
Əmək haqqı: müsabiqənin nəticələrindən asılı olaraq razılaşma əsasında;