"Azəristiliktəchizat" ASC-də istilik təchizatı sektorunun inkişafı üzrə həyata keçirilən yeni layihənin icra vəziyyəti “Niras” şirkətinin nümayəndələri ilə müzakirə olunub
11 МАРТА 2026




Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən texniki dəstək layihəsi çərçivəsində məsləhətçi “Niras” şirkətinin nümayəndələri ilə növbəti dəfə "Azəristiliktəchizat" ASC-də layihənin gedişatı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin benefisiar olduğu texniki dəstək layihəsinin əsas tapşırıqları ölkənin istilik təchizatı sektorunun inkişafı strategiyasını hazırlamaq, sektorun mövcud normativ-hüquqi bazanı inkişaf etdirmək, "Azəristiliktəchizat" ASC-nin inkişafı strategiyasını işləyib təqdim etmək və istilik təchizatı sahəsində bərpa olunan enerji mənbələrinə əsaslanan pilot layihəni həyata keçirməkdən ibarətdir.
Digər








