Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəriqaz” İB ilə “Azəristiliktəchizat” ASC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair görüş keçirilib
17 СЕНТЯБРЯ 2025

“Azəriqaz” İstehsalat Birliyinin nümayəndə heyəti ilə “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş görüş keçirilmişdir.

Görüş zamanı tərəfləri maraqlandıran məsələlər, qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətləri, eləcə də 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər müzakirə olunmuşdur.

Qeyd edilib ki, qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsi, texniki məsələlərin operativ həlli və qarşılıqlı əməkdaşlığın davamlı inkişafı əsas prioritetlərdəndir. Xüsusilə vurğulanıb ki, qarşıdan gələn mövsümdə əhalinin və sosial obyektlərin fasiləsiz istilik və qazla təminatı yüksək səviyyədə təşkil olunacaq, istehlakçılara etibarlı və dayanıqlı xidmət göstəriləcək.

Görüşün nəticələri tərəflər arasında səmərəli əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verəcək.