Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinlərinin müraciətləri dinlənilib
21 ИЮНЯ 2025
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyun ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda Saatlı, İmişli və Sabirabad sakinlərini qəbul edib.
 
Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
 
Rayonun Gənclər mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
 
Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Saatlı rayonunda 2025-2026-cı il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə dair aparılan hazırlıq işləri yaxından tanış olub.