Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC köhnə tipli qazanxanaların modernizasiya işlərinə başlayacaq
28 ЯНВАРЯ 2025

İstehlakçılara keyfiyyətli və dayanlıqlı xidmət göstərilməsi məqsədilə istilik təchizatı sahəsində aparılan islahatların davamı olaraq "Azəristiliktəchizat" ASC daha 8 köhnə tipli qazanxananın modernizasiya işlərinə başlayacaq.

Yenidənqurma işləri paytaxtın Nizami rayonunda yerləşən 539 və 515 saylı, Yasamal rayonunda 128 və 140,Nərimanov rayonunda isə  94, 119, 92 və 86 saylı qazanxanalarını əhatə edəcəkdir.

Qazanxanaların yenidən qurulması ümumilikdə 126 binanın, 6 məktəbin, 4 bağçanın, 2 səhiyyə obyektinin və 62 digər sosial obyektin istilik təchizatının yaxşılaşdırılmasına imkan verəcəkdir.  

Məlumat üçün qeyd edək ki, 2024-2025-ci illər payız-qış mövsümündə 52 yaşayış binası, 4 məktəb, 1 uşaq bağçası və 26 digər sosial obyektə xidmət göstərən 5 qazanxana  müasir tipli avadanlıqlarla təchiz olunaraq istismara hazır vəziyyətə gətirilmişdir.