Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə dair ELAN
"Azəristiliktəchizat" ASC istilik xətlərində təmir bərpa işləri üçün Qum və Çınqılın satın alınmasına dair açıq tender elan edir
Satınalan təşkilatın adı: "Azəristiliktəchizat" ASC
Satınalan təşkilatın VÖEN-i: 1700531291
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3 AZ1123
Müsabiqənin başlanma tarixi və vaxtı: | 16.09.2022 |
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: | 06.09.2022 12:00 |
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: | 14.09.2022 12:00 |
Zərflərin açılması tarixi və vaxtı: | 15.09.2022 12:00 |
Müsabiqədə iştirak haqqı: 150 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
İcra ünvanı
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov 3
İcra müddəti
31.10.2023-ci il tarixinədək
ÇATDIRILMA ŞƏRTLƏRİ
DDP
ÖDƏNİŞ ŞƏRTLƏRİ
Tenderin əsas şərtlər toplusuna əsasən
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Tender təklifi:
Qiymət təklifi:
Tender təklifinin qüvvədə olma müddəti | Tender təklifi – Portalda olan siyahı üzrə qiymətlər yazılmalıdır. (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır) (satınalma predmeti üzrə cədvəl Portala yüklənməklə yanaşı tender təklifi rəsmi blankda çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir) |
Tender təklifinin təminatının məbləği | Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir |
Tender təklifinin təminatının qüvvədə olma müddəti | Tender təklifinin qüvvədə olma müddətindən azı 30 bank günü çox olmalıdır |
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı | Tələb olunmur |
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış | Elan tarixindən sonrakı tarixə vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir) |
Maliyyə vəziyyəti haqqında bank arayışı | İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) bank dövriyyəsi haqqında arayış – müvafiq bank tərəfindən təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir |
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti | Vergi orqanının rəsmi blankında və ya elektron formada alınmış sənədin notarial qaydada təsdiq olunaraq PDF formatında portalda yerləşdirilməsi zəruridir. (Notariusun möhür və imzası olan səhifə də PDF-ə əlavə edilməlidir) |
Nizamnamə | İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir |
Qeydiyyatdan keçdiyi ölkə | İddiaçının qeydiyyatdan keçdiyi ölkə - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir (notariusun möhür və imzası olan səhifə də skan edilərək əlavə edilməlidir |
Rekvizitlər | Bank rekvizitləri - Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilməli və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanmalı, möhürlənməli və skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir |
Mikro, kiçik, orta və iri sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayış (sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir |
İddiaçının rəhbərinin (direktorun) vəzifəyə təyin olunmasını təsdiq edən sənədin surəti | Sənədin orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilməlidir |
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Zamiq Səmədov | Aparıcı mühəndis | info@azeristilik.gov.az | (+99412) 579-52-98 |