Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Ağcabədi, Laçın və Ağdam sakinlərinin istilik təchizatına dair problemləri dinlənilmişdir
17 МАРТА 2025

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin mart ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi rayonunda Ağcabədi, Laçın və Ağdam sakinləri üçün vətəndaş qəbulu keçirmişdir.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev və Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Yeni Azərbaycan Partiyasının binasında keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Bir neçə müraciətlə əlaqədar vətəndaşların iştirakı ilə əraziyə səfər edilib və yerində baxış keçirilərək müvafiq izahat verilib.

Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi rayonunda 2024-2025-ci il payız-qış mövsüm ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olmuş, istehlakçıların problemlərinin həll edilməsi istiqamətində texniki dəstəyin göstərilməsi ilə bağlı tapşırıqlarını vermişdir.