Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində 7 min metrdən çox məhəllədaxili və magistral istilik xətləri yenilənib
26 ИЮЛЯ 2024

“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2024-2025-ci illər payız-qış mövsümünə hazırlıq işləri intensiv olaraq davam etdirilir.

İstilik təchizatı sistemlərinin etibarlılığının təmin edilməsi istiqamətində 7318 metr məhəllədaxili və magistral istilik xətlərinin yenilənməsi işləri aparılıb.

Həmçinin, müxtəlif diametrli 505 ədəd dirsək və 3455 metr qazan borusu dəyişdirilib. 549 ədəd odluq, 216 dəst istilik mübadilə aparatları, habelə 50 ədəd qazan aqreqatı, 20 ədəd odluq istismara hazır vəziyyətə gətirilib.

Qeyd etmək lazımdır ki, qaz təsərrüfatı üzrə yeraltı 43,017 km, yerüstü 36,705 km olmaqla ümumilikdə 79,722 km qaz xəttinə baxış keçirilib. Qazanxanalarda 332 ədəd müxtəlif diametrli qaz kəsici klapanları təftiş olunub, onlardan 7 ədəd müxtəlif diametrli qaz kəsici klapanlar təmir edilib.

Cari müddət ərzində 1216 ədəd qaz siyirtmələri təftiş olunmuş və 31 ədədində təmir işləri görülüb və 6 ədəd qaz kəsici klapan üçün metal qutu quraşdırılıb.

"Azəristiliktəchizat" ASC-nin mütəxəssis - texniki heyəti tərəfindən Bakı şəhəri və regionlar üzrə xidmər zonasına daxil olan yaşayış binaları, orta məktəb, uşaq bağçası,  səhiyyə müəssisəsi və təsərrüfat obyektlərində monitorinqlər aparılmaqdadır. Araşdırmalar nəticəsində aşkar edilən və binadaxili mühəndis kommunikasiya  xətlərində xidmətin keyfiyyət parametrlərinə birbaşa təsir göstərən amillərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciətlər edilməkdədir.

Hazırlıq işlərinin 2024-cü ilin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.