Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

İnsan resursları şöbəsinin rəis müavini
08.09.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:

İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə
bakalavr dərəcəsi;
• Magistr dərəcəsi və ya müvafiq sertifikatlaşdırma üstünlükdür;
• İnsan Resursları və ya əlaqəli sahədə iş təcrübəsi;
• İnsan resursları funksiyaları və ən yaxşı təcrübələr haqqında mükəmməl biliklərə
malik olması;
• Azərbaycanın əmək qanunvericiliyi və qaydalarını mükəmməl bilməsi;
• Mükəmməl ünsiyyət bacarıqları;
• Azərbaycan və ingilis dilləri bilikləri.

 

 

Vəzifənin qısa təsviri

Kadr şöbəsinin rəis müavini şirkətin insan resursları üzrə strateji planının hazırlanmasında iştirak edir, insan resursları sahəsində bütün fəaliyyətlərə rəhbərlik edir və digər struktur bölmələri ilə koordinasiyanı həyata keçirir. O, əmək qanunvericiliyinə və şirkətin etik qaydalarına riayət olunmasını təmin edir, işçilərin fərdi inkişaf planlarını hazırlayır, təlim və inkişaf imkanlarını təşkil edir, işə qəbul prosedurlarının effektivliyini təmin edir.

 

 

Vəzifə öhdəlikləri:

Kadr şöbəsi daxilində işlərin koordinasiyasını həyata keçirmək, işçilərin performans
intizamını təmin etmək, peşəkar davranış qaydalarının icrasına nəzarət etmək;
• Şöbənin strateji və taktiki fəaliyyət planlarının hazırlanmasında iştirak etmək,
sənədləri hüquqi normalara uyğun işləyib hazırlamaq;
• İşə qəbul, yerdəyişmə, işçilərin fərdi inkişaf məsələləri, peşə təlimlərini təşkil
etmək;
• Performansın qiymətləndirilməsini təşkil etmək;
• İntizam və ya mükafatlandırma tədbirləri ilə bağlı qabaqcıl təcrübəyə əsaslanan
təklif və layihələr işləyib, rəhbərliyə təqdim etmək və icra etmək;
• İnsan resursları qaydaları və standartlarının yenilənməsini davam etdirmək,
qaydalara əməl olunmasını təmin etmək.

İş mühiti

Gündəlik işlər əsasən "Azəristiliktəchizat" ASC-nin ofis mühitində həyata keçirilir. Rəqabətli əmək haqqı təklif olunur. İstehsalat sahələrinə ezamiyyət və səfərlər nəzərdə tutulur.

İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında