Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Daşınmaz əmlakın alqı-satqısı zamanı istilik enerjisinə dair hesablaşmaların yoxlanılması zəruridir
24 ИЮЛЯ 2025

Daşınmaz əmlakın alqı-satqısı zamanı vətəndaşların hüquqi və maliyyə riskləri ilə qarşılaşmaması üçün kommunal xidmətlər, o cümlədən istilik enerjisinə dair borcların mövcudluğunun əvvəlcədən yoxlanılması mühüm əhəmiyyət kəsb edir.

Tərəflər arasında imzalanan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən, alıcının mülkiyyət hüququ tam rəsmiləşdirilənədək daşınmaz əmlak üzrə yaranan bütün vergi və kommunal (telefon, qaz, su, elektrik, istilik enerjisi və digər xidmətlər) borcların ödənilməsi satıcının öhdəliyindədir.

Alıcıların müqavilə imzalanmazdan əvvəl kommunal xidmətlərə görə borcun olub-olmamasını dəqiqləşdirmələri tövsiyə olunur.

“Azəristiliktəchizat” ASC istehlakçıları bu istiqamətdə diqqətli olmağa və müvafiq sənədlər təqdim edilmədən heç bir müqaviləyə imza atmamağa çağırır.

Bildirik ki, notarial alqı-satqı müqaviləsinə qədər istilik enerjisi və isti su təchizatı da daxil olmaqla bütün kommunal borcların satıcı tərəfindən ödənilməsi təmin edilməli, bu öhdəlik müqavilədə açıq şəkildə qeyd olunmalıdır. Həmçinin, sənədləşmə başa çatdıqdan sonra yeni mülkiyyətçi aidiyyəti qurumlara müraciət edərək abonent qeydiyyatını öz adına rəsmiləşdirməlidir.

“Azəristiliktəchizat” ASC vətəndaşları hüquqi təhlükəsizliklərini qorumağa, yalnız mülkiyyət sənədlərinə deyil, həm də xidmət borclarına xüsusi diqqət yetirmələrinin zəruriliyini bildirir. İstilik təchizatı ilə bağlı yaranacaq hər hansı problem və əlavə maliyyə yükünün qarşısını almağın yeganə yolu alqı-satqıdan əvvəl tam şəffaf və dəqiq araşdırma aparmaqdır.