Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Bayram günlərində "Azəristiliktəchizat" ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək
30 ДЕКАБРЯ 2023

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı qeyri iş günlərində    "Azəristiliktəchizat" ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

 

İstilik təsərrüfatlarının fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin etmək məqsədilə müvafiq xidmətlərin mütəxəssislərindən ibarət növbətçilik təşkil edilmiş, mərkəzi dispetçer xidməti və çağrı mərkəzi 24 saaat ərzində fəaliyyət göstərəcəkdir.

 

Cari mövsümdə Bakı şəhəri və respublikanın regionlarında 561 qazanxana və 88 istilik məntəqəsi fəaliyyət göstərməklə  xidmət zonasına daxil olan  3863 yaşayış binası, 184 minə yaxın mənzil, 285 orta məktəb, 158 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlər fasiləsiz olaraq istiliklə təmin edilməkdədir.

 

İstehlakçılar yarana biləcək hər hansı problemlə əlaqədar "Azəristiliktəchizat"ın 956 - "Çağrı Mərkəzi"nə və ya Cəmiyyətin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.