Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-nin yaradılmasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirilib
10 ИЮНЯ 2025

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Cəmiyyətin 20 illik fəaliyyəti ərzində əldə olunan əsas uğurlar, istilik təchizatı sisteminin müasirləşdirilməsi sahəsində görülən işlər və qarşıdakı dövr üçün prioritet hədəflər barədə ətraflı məlumat vermişdir.

Daha sonra Cəmiyyətin korporativ nəşri olan “İSTİ-İSTİ” jurnalının yubileyə həsr olunmuş xüsusi buraxılışı təqdim edilmişdir.

Tədbir çərçivəsində uzunillik səmərəli fəaliyyəti və peşəkar yanaşması ilə seçilən əməkdaşlara fəxri fərmanlar, eyni zamanda təşəbbüskar, yaradıcı və məsuliyyətli işçilərə mükafat və sertifikatlar təqdim olunub.

Tədbir ölkəmizdə istilik təchizatı sahəsində həyata keçirilən uğurlu islahatların fonunda “Azəristiliktəchizat” ASC-nin 20 illik fəaliyyətinə həsr olunmuş “20 il – 20 addım” adlı videoçarxın nümayişi ilə yekunlaşdırılmışdır.