Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-nin xidmət göstərdiyi və iqlim şəraiti daha soyuq olan rayonlarda istilik verilişinə başlamışdır
01 НОЯБРЯ 2026

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, noyabrın 1-dən iqlim şəraiti nisbətən daha soyuq olan rayonlarda 2026–2027-ci illər payız-qış mövsümü üzrə istilik verilişinə başlanılmışdır.

“Azəristiliktəchizat” ASC-nin xidmət zonasına daxil olan Xaçmaz, Qəbələ, Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, Şuşa, Lerik, Ağstafa, Balakən, İsmayıllı, Qax, Qazax, Oğuz, Şəki, Tovuz və Zaqatalada mövsüm ərzində ümumilikdə 66 qazanxananın fəaliyyəti nəzərdə tutulmuşdur. Həmin qazanxanalar vasitəsilə 76 yaşayış binasının, 2503 mənzilin, 28 məktəbin, 11 uşaq bağçasının, 11 səhiyyə obyektinin, 2 təsərrüfat hesablı və kommersiya obyektinin, həmçinin 20 digər büdcə təşkilatının istiliklə təmin olunması planlaşdırılmışdır.

Qeyd olunan ərazilərdə istilik enerjisinin təchizatı 2027-ci il mayın 1-dək davam edəcəkdir.

Məlumat üçün bildirək ki, Respublikanın digər ərazilərində, o cümlədən Bakı şəhərində isə istilik mövsümü 2026-cı il noyabrın 15-də başlayacaq və 2027-ci il aprelin 15-dək davam edəcəkdir.