Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

"Azəristiliktəchizat" ASC-nin əməkdaşları Bakı Enerji Həftəsində iştirak ediblər
05 ИЮНЯ 2024

"Azəristiliktəchizat" ASC-nin əməkdaşları Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri ilə yaxından tanış olublar.

Cəmiyyətin əməkdaşları 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirak etdiyi Enerji həftəsində pavilyonlara baxış keçirib və yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək, habelə peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.