Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC-də Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
27 МАЯ 2025

“Azəristiliktəchizat” ASC-nin  sədri İlham Mirzəliyev ictimai əlaqələrin gücləndirilməsinin, vətəndaş – İctimai Şura – Cəmiyyət arasında sıx dialoqun qurulması baxımından bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb. 

İlham Mirzəliyev  Cəmiyyətin fəaliyyəti, qarşıda duran vəzifələr və istehlakçı hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinin araşdırılmasında şəffaflığın təmin olunması və operativ cavablandırılması yönündə həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Energetika Nazirliyi yanında İctimai Şuranın sədri Şaban Nəsirov isə ictimai rəyin önəmini qeyd edərək əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini bildirib.

Görüş zamanı həmçinin İctimai Şura üzvləri tərəfindən istehlakçıları maraqlandıran məsələlər diqqətə çatdırılıb və bu istiqamətdə müzakirələr aparılıb.