Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

6 ay ərzində Çağrı Mərkəzi vasitəsilə 14 mindən çox vətəndaş müraciəti qəbul edilib
11 ИЮЛЯ 2024

2024-cü illin ilk 6 ayı ərzində  “Azəristiliktəchizat” ASC-nin 956 qısa nömrəli “Çağrı Mərkəzi” vasitəsilə  14 838 vətəndaş müraciəti qəbul edilib.

Müraciətlərin 7688-i istilik və isti su təchizatı xidmətləri, 2828-i borcla əlaqədar, 4320-i isə digər məsələlərlə bağlı olub. Vətəndaşları maraqlandıran suallar operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, araşdırmaların nəticələri barədə vətndaşlar ətraflı şəkildə məlumatlandırılıb.

Həmçinin, Cəmiyyətin rəsmi korporativ səhifələri vasitəsilə sosial media izləyicilərindən daxil olmuş 211 istilik təchizatı və ümumi məsələlərə dair sorğuların cavablandırılması təmin edilib.