Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

15 noyabr tarixindən etibarən Bakı və respublikanın rayonlarına istilik verilişinə başlanılıb
15 НОЯБРЯ 2023

"Azəristiliktəchizat" ASC ölkəmizin inkişafı, rifahı və qüdrəti naminə öz fəaliyyətini gücləndirərək və müasirləşdirərək davam etdirir.

2023-2024-cü illr payız-qış mövsümünə hazırlıq tədbirlərinin icrası haqqında

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə  2023-cü il ərzində 1000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənmişdir;

- Görülən işlər çərçivəsində 1260 ədəd qazan aqreqatı və onların odluqları, 486 dəst istilik mübadilə aparatları, 3200 ədəd nasos, 3340 ədəd mühərrik, 16 000-dən çox müxtəlif diametrli siyirtmələr, 561 ədəd elektrik avadanlığı, nəzarət ölçü cihazları və avtomatika avadanlığı həmçinin  digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilmişdir.

- 727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilmiş, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilmişdir;

- 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilmişdir;

- 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 12  ədəd  qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi  üsulla təmizlənmişdir;

Ümumilikdə 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmuşdur.

Qısa məlumat

“Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir.

Mövsüm ərzində paytaxt ərazisində 21,  digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərəcəkdir.

Cəmiyyətdə daimi  olaraq 1090-a yaxın, istilik mövsüm zamanı isə 2279 əməkdaşı çalışır. Onlardan 500-ə yaxını  regionlarda çalışanlardır.

 

Cəmiyyətin xidmət zonasına daxil olan istehlakçıların istilik təchizatı haqqında :

Bakı şəhərində və digər rayonlarda isə payız-qış mövsümü cari ilin noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. Cari mövsümdə “Azəristiliktəchizat” ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 561 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 184,0 minə yaxın mənzilin, 285 orta məktəbin, 127 uşaq bağçasının, 151 səhiyyə müəssisəsinin və 2500-ə yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.  2023-2024-cü illər payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılmış və mövsümə vaxtında başlanması, istehlakçıların dayanıqlı və keyfiyyətli istilik enerjisi ilə təchiz edilməsi üçün nəzərdə tutulan bütün tədbirlərin vaxtında icra edilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb. 

Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu  9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm növbəti ilin may ayının 1-nə qədər davam edəcək.

Dağ rayonlarında 34 yaşayış binasının, 16 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 18 sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

İşğaldan azad olunan ərazilərin istilik infrastrukturunun yaradılması ilə bağlı görülən işlər haqqında

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Cəmiyyətə məxsus gücü 8110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib. 1 noyabr tarixindən etibarən ümumilikdə 20-yə yaxın inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməkdədir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı"na əsasən   "Azəristiliktəchizat" ASC-ə tapşırılmış "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" ilə bağlı zəruri işlər aparılmaqdadır.

 

 

 

Azərbaycan Respublikasının Prezidentinin 29 Aprel 2022-ci il tarixli “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamı haqqında

“İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.04.2022-ci il tarixli 3233 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2023-cü il 06 sentyabr tarixli  759s nömrəli Sərəncamı ilə “Azərisitiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və dayanıqlı istismarının təmin edilməsi ilə bağlı  Tədbirlər Planı” təsdiq edilmişdir.

Tədbirlər Planında “Azəristiliktəchizat” ASC üzrə orta və uzunmüddətli baxışı müəyyən edən strategiyanın hazırlanması, istilik mövsümünün başlanması və başa çatması müddətləri və  “Azəristiliktəchizat” ASC-nin xidmət göstərdiyi yaşayış binalarının aşağı paylama istilik-mühəndis avadanlıqlarının istismarı və işlək vəziyyətdə saxlanılması ilə bağlı təkliflərin hazırlanması, sayğaclaşdırma və Cəmiyyətin fəaliyyətinin tənzimlənməsi ilə bağlı digər aktual məsələlər öz əksini tapşmışdır. Hazırda bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə əhəmiyyətli işlər görülməkdədir və bununla bağlı ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcəkdir.

 

İslahatlar istiqamətində görülən işlər

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi və səmərəliliyinin artırılması istiqamətində də mühüm işlər aparılmaqdadır. Bu yöndə atılan ən ciddi addımlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 05 sentyabr tarixli 303 nömrəli sərəncamı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nın qüvvəyə minməsi olmuşdur.

Qaydalar istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətləri tənzimləməklə bərabər, istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən etməklə istilik təchizatı sahəsində vətəndaş məmnunluğunun təmin edilməsində müstəsna rol oynayacaqdır.

Hazırda “İstilik enerjisindən istifadə qaydaları”nda nəzərdə tutulmuş normativ hüquqi tələblərin, o cümlədən bütün istehlakçılarla müqavilələrin bağlanması işlərinin icrasına  başlanılmışdır.