Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Qazanxanaların payız-qış mövsümünə hazırlıq işləri davam etdirilməkdədir
18 MAY 2026

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında payız-qış mövsümünə hazırlıq çərçivəsində qazanxanalara texniki baxış işləri davam etdirilir.

Qazanxanaların qış mövsümündə təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi, qəza risklərinin minimuma endirilməsi, ümumilikdə istehlakçıların fasiləsiz istiliklə təmin olunması üçün  zəruri tədbirlərin görülməsi qarşıya qoyulan  əsas vəzifədir.

Növbəti texniki baxış “Azəristiliktəchizat” ASC-nin sədrinin iştirakı ilə Nizami rayonu ərazisində 537 saylı qazanxanada keçirilmişdir. Qazanxananın qoyuluş  gücü 6,0 Qkal saat olmaqla  20-ə yaxın  yaşayış binası, 2  məktəb və 10 digər təsərrüfat obyektlərinin istilik təchizatı təmin edilir.