Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Əməkdaşlıq imkanları

Respublika ərazisində istehlakçıların istilik enerjisinə olan tələbatını ödəyən  “Azəristiliktəchizat” ASC  dövlət və özəl sektor ilə əməkdaşlığa açıqdır.

“Azəristiliktəchizat” təhsil-elm-istehsalat zəncirinin qurulması, sənaye, istehsalat və xidmət sahələrinin subyektlərinin elmi-tədris işlərinə cəlb edilməsi məqsədilə bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Bu istiqamətdə “Azəristiliktəchizat” ASC  ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,habelə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlığa dair razılaşma imzalanıb. Razılaşmalar əsasında təlim-təsərrüfat sahələrində dövlət-özəl sektorların əməkdaşlığı çərçivəsində birgə tədqiqat və təlimlərin təşkil edilməsi, təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək nəzərdə tutulur. 

“Azəristiliktəchizat” ASC hədəflədiyi məqsədlərə çatmaqda kömək edəcək tərəfdaşlarla çalışmaq istəyir. Bizim işimizi dəstəkləmək istəyirsinizsə bizimlə əlaqə saxlayın.