Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Şirvan şəhərində Şirvan və Hacıqabul sakinləri üçün vətəndaş qəbulu keçirilib
17 APRIL 2026

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin aprel ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Şirvan şəhərində Şirvan və Hacıqabul sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Şəhərin Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Şirvan şəhərində 2025-2026-cı il payız-qış mövsümü ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olub, mövcud problemlərin həll edilməsi istiqamətində tapşırıqlarını bildirib.