Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Türkiyənin FAF Valve şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib
30 JULY 2026

Türkiyənin FAF Valve şirkətinin nümayəndələri ilə işgüzar görüş keçirilib. Şirkətin bölgə müdiri xanım Berna Meşe şirkət haqqında məlumat  verərək bildirdi ki, FAF Valve fəaliyyətinə 1986-cı ildə "Dizayndan hazır məhsula qədər keyfiyyət" şüarı ilə başlamışdır. Hazırda FAF Valve istehsalı fəaliyyətini Ankaranın Kazan rayonunda yerləşən və ümumi sahəsi 11 000 m² (bunun 5 500 m²-i qapalı sahədir) olan müəssisədə davam etdirir.

Müxtəlif  tipli klapanlar,  kompensatorlar, əks-klapanlar, filtrlər, latun məmulatlar və xüsusi metal konstruksiyalar istehsalçısı olan FAF VALVE bu sahədə aparıcı müəssisəyə çevrilmişdir. Məhsullarının davamlılığı, keyfiyyəti, etibarlılığı və sabitliyi sayəsində şirkət öz sektorunda üstünlük verilən brenddir.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları, gələcək birgə layihələr və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.