Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Satınalmalar üzrə rəhbər
08.09.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:

Biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
● Master dərəcəsi və ya müvafiq sertifikatlaşdırma üstünlükdür;
● Satınalma prosesləri, strategiyası və qanunvericiliyin tələbləri haqqında mükəmməl
biliklər;
● Mükəmməl ünsiyyət bacarıqları;
● Dövlət satınalmalarının təşkili və idarə edilməsi sahəsində bilik və təcrübə
üstünlükdür;
● Azərbaycan və ingilis dilləri bilikləri şərtdir, əlavə olaraq, rus dili bilikləri
üstünlükdür; 

Vəzifə öhdəlikləri:

Satınalma prosesinə nəzarət etmək, lazımi resursların və təchizatçıların müəyyən
edilməsi, mal-materialların vaxtında çatdırılması və düzgün saxlanılmasını təmin
etmək;
● Təchizatçılarla bağlanmış müqavilələrin idarə etmək, müqavilə şərtlərinə riayət
olunmasını təmin etmək, pozuntu hallarını aşkar etmək və səmərəli şəkildə aradan
qaldırmaq;
● Müvafiq sənəd və hesabatları hazırlamaq, struktur bölmələrinin müraciətləri
əsasında aylıq, rüblük və illik sifarişləri tərtib etmək;
● Potensial və mövcud təchizatçılarla, o cümlədən xarici şirkətlərlə münasibətləri
təşkil etmək və inkişaf etdirmək;
● Bazarı öyrənmək, müvafiq araşdırmalar aparmaq və satınalma tövsiyələrini
hazırlamaq;
● Şöbəyə rəhbərlik etmək, şirkət daxilində digər şöbələrlə əlaqələr yaratmaq, işçilər
tərəfindən nizam-intizam qaydalarına riayət olunmasını təmin etmək, lazım
gəldikdə iş təsvirlərini hazırlamaq.

İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında