Lerik rayonunda Lerik, Lənkəran və Astara sakinləri üçün vətəndaş qəbulu keçiriləcək
30 APRIL 2025
Lerik rayonunda Lerik, Lənkəran və Astara sakinləri üçün vətəndaş qəbulu keçiriləcək
2025-ci ilin 16 may tarixi saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Lerik rayonunda Lerik, Lənkəran və Astara sakinləri üçün vətəndaş qəbulu keçirəcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Lerik rayonu, Lerik Dövlət Aqrar İnkişaf Mərkəzində keçiriləcəkdir.
Məlumat və əlaqə üçün:
(+994 77) 418 02 69
(+994 77) 418 00 18
E-mail: info@azeristilik.gov.az
Digər