Elektrik qaz qaynaqçısı
01.12.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Düz, üfüqi və şaquli, 45 dərəcəlik əngəlli və ya yuxarı mövqelərdə qaynaq işləri aparmaq;
- Tələb olunan texniki xüsusiyyətlərə uyğun olaraq əl ilə qaynaq işləri aparmaq, xarici baxış keçirməklə qaynaq birləşmələrində qüsurları müəyyən etmək;
- İşin texniki xüsusiyyətlərinə uyğun şəkildə alətlərdən, o cümlədən qaynaq tutqacından istifadə etməklə yüksək dəqiqliklə və tərtib olunmuş prosedurlara uyğun qaydada metal materialları bir-birinə birləşdirmək və kəsmək, müxtəlif növ qaynaq tikişlərini yerinə yetirmək;
- Sabit və dəyişən cərəyan elektrik qaynaq avadanlıqlarının quruluşunu, birləşmə qaydalarını, Səyyar qaynaq avadanlıqlarını istismar etmək;
- Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqlarını düzəltmək;
- Fərdi mühafizə vasitələrindən istifadə etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, texniki istismar və yanğından mühafizə norma və qaydalarını bilmək
Vəzifə öhdəlikləri:
İş mühiti
- İş yeri: Bakı şəhəri
- İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
- Əmək haqqı: Razılaşma yolu ilə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qaynaqçı” yazaraq 01.12.2024-cü il tarixinə kimi hr@azeristilik.gov.az email ünvanına göndərmələri xahiş olunur.
İş qrafiki
Bazar ertəsi-cümə 08:30-17:30
Əmək haqqı
Əmək haqqı – təsdiq edilmiş vəzifə maaşları çərçivəsində razılaşma əsasında