Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” ASC Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən VI Karyera sərgisində təmsil olunub
02 MAY 2025

Azəristiliktəchizat ASC-nin sədri İlham Mirzəliyev tələbələrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminin ölkə iqtisadiyyatında və şəhər infrastrukturunda tutduğu yer, istilik mənbələrinin istismarı, istilik şəbəkələrinin idarə edilməsi və mövcud modernləşmə layihələri barədə ətraflı məlumat vermişdir. O, həmçinin gənc mütəxəssislərin bu sahədə hazırlanmasının vacibliyini vurğulamış və tələbələrə gələcək peşə fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüş zamanı tələbələr istilik istehsalı və paylanması prosesləri, avadanlıqların istismar xüsusiyyətləri, enerji səmərəliliyi tədbirləri və sahədə tətbiq olunan müasir texnologiyalar, həmçinin perspektiv iş yerləri  barədə onları maraqlandıran sualları səsləndirmiş, ətraflı cavablar verilmişdir.
Sonda tələbələr üçün müəssisənin bəzi istehsalat sahələrinə tanışlıq xarakterli baxış təşkil edilmiş və onlara praktiki fəaliyyət zamanı əməl edilməli təhlükəsizlik qaydaları barədə məlumat verilmişdir.