Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

“Azəristiliktəchizat” Açıq Səhmdar AÇIQ HƏRRAC ELAN EDİR
30.04.2024
  1. Hərrac 3 lot üzrə keçirilir.

 

  1. Hər lot üzrə material qiymətliləri barədə məlumat:

 

 

Lot №

Material qiymətlisinin adı

Miqdarı (kiloqramla)

İlkin start qiyməti (ƏDV daxil)

(manatla)

Qeyd

Lot 1

Emal mis tullantı

670 kq

12 AZN

Göstərilən qiymətə material qiymətlisinin yük maşınlarına yüklənməsi daşınması  qiyməti daxildir.

 

Lot 2

Aliminium tullantı

8 kq

2.5 AZN

Göstərilən qiymətə material qiymətlisinin yük maşınlarına yüklənməsi daşınması  qiyməti daxildir.

 

Lot 3

Paslanmayan metal

6.5 kq

1.6 AZN

Göstərilən qiymətə material qiymətlisinin yük maşınlarına yüklənməsi daşınması  qiyməti daxildir.

 

 

  • Material qiymətliləri qablaşdırılmış şəkildə Azəristiliktəchizatın ASC-nin Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küç 3 anbarında yerləşir.
  •  
  • Azəristiliktəchizat ASC anbarında material qiymətliləri tərəzidə çəkilərək alıcıya təhvil

3.Hərrac 22.05.2024-cü il tarixində, saat 10:30-da Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küç 3 ünvanında Azəristiliktəchizat ASC -nin inzibati binasında iclas zalında keçiriləcəkdir.

4.İştirak haqqı: Tələb olunmur.

5.Hərracda iştirak üçün tələblər:

 

  • Hərrac baş tutduqdan sonra qalib olan alıcı və Azəristiliktəchizat ASC arasında müqavilə bağlanılır. Müqavilə imzalandığı tarixdən etibarən alıcı 5 (beş) iş günü ərzində alış qiymətinin behdən sonra qalan məbləğinin tam 100%-i (yüz faizi) həcmində məbləği Azəristiliktəchizat ASC -nin müvafiq bank hesabına köçürməlidir. Ödəniş tam həyata keçirildikdən sonra malların alıcıya təhvil verilməsinə başlanılacaqdır.
  • Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra 10 (on) iş günü ərzində müqaviləni imzalamadığı təqdirdə verdiyi behi

 6. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər lazimi maliyyə və texniki imkanlara malik olmalı, “Azəristiliktəchizat” ASC-nin rəhbər işçiləri və Tender komissiyasının üzvləri ilə maraq toqquşmasına səbəb ola bilən əlaqədə olmamalı və hərracda iştirak etmək üçün aşağıdakı ilkin sənədləri təqdim etməlidirlər:

 

-Hərracda iştirak üçün ərizə (forma əlavə olunur);

-Hərracın nəticələrinə uyğun olaraq, qalib gəldiyi təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu;

-Hüquqi şəxslərin təsis sənədlərinin (nizamnamə, müvafiq dövlət reyestrindən çıxarış, VÖEN-şəhadətnaməsi, təmsil edəcək şəxsin şəxsiyyət vəsiqəsi) surətləri (notarial təsdiq edilmiş) və bank rekvizitləri;

-Cəmiyyətin-nin müəyyən etdiyi hesaba iştirak haqqının və behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-Ərizə nümayəndə tərəfindən verildiyi təqdirdə, müvafiq etibarnamə.

 

                 Göstərilən sənədlər -nin Azəristiliktəchizat ASC məsul şəxsi tərəfindən 22 May 2024-cü il tarixi saat 10:30-dək Bakı şəhəri,Xətai rayonu, Xudu Məmmədov küç 3 ünvanında Azəristiliktəchizat ASC inzibati binasında qəbul    ediləcəkdir.

                 Sənədləri qənaətbəxş olan iddiaçılara dəvət məktubu göndəriləcək və arzu edən iddiaçılara satışa çıxarılan material qiymətliləri ilə yerində tanış olmaq üçün şərait  yaradılacaqdır.

Dəvət məktubunu aldıqdan sonra 5 (beş) iş günü müddətində hərracda iştirakını davam  etdirmək arzusunda olan iddiaçılar hər lot üzrə start qiymətinin 10 %-i (on faizi) həcmində behin ödənilməsi barədə ödəmə sənədini və qalan müqavilə məbləğində bank zəmanəti məktubunu təqdim edərək hərracda iştirak bileti əldə edəcək.

                 Behi ödəməyən iddiaçılar hərraca buraxılmır. Ən azı 2 (iki) iddiaçı iştirak edən hərrac baş tutmuş hesab olunur.

 

Əlaqələndirici şəxs:

TT və DSTŞ -in  Satınalmalar üzrə mütəxəssisi: Daşqın Sadiqov

Tel: +994507214545

Email: dashgin.sadigov@azeristilik.gov.az, tender@azeristilik.gov.az   

 

HƏRRACDA İŞTİRAK HAQQINDA ƏRİZƏ ilə tanış olmaq üçün LİNKƏ keçid edin.