Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Mühəndis
31.08.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
  • Texniki ixtisaslar üzrə bakalavr təhsilinin olması (İstilik energetika mühəndisliyi arzuolunandır);
  • Sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • İstilik şəbəkələri və istilik təchizatı sistemləri haqqında biliklərin olması;
  • MS ofis proqramları (MS Word, MS Excel, MS PowerPoint və s.) və  AutoCAD ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan dili mütləqdir, ingilis dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
  • Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
  • Qaz, su və elektrik enerjisi sərfiyyatının ilkin uçotunun aparılması, enerji və iqtisadi səmərəliliyin analizi;
  • İstilik enerjisinin istehsalı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, müvafiq data təhlilinin aparılması;
  • Avadanlıqların təmiri üçün təkliflərin işlənilməsi, əməliyyat planlarının hazırlanması;
  • Başa çatan layihələrə texniki nəzarət və istismara qəbulun təşkil edilməsi;
  • Bütün işlərin sağlamlıq, təhlükəsizlik və ətraf mühitin standartlarına uyğun olaraq aparılması;
  • İstilik sisteminin perspektivli inkişafı üçün təkliflərin işlənib hazırlanması;
  • İstilik enerjisi sistemlərinin texnologiyaları və cari sənaye trendləri ilə bağlı biliklərin mütəmadi yenilənməsi.
İş qrafiki
İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
Əmək haqqı
Ə/H-Razılaşma əsasında