Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

İT Mühəndis
19.07.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:
  • Ali təhsil (ixtisas üzrə üstünlük verilən).
  • Sahə üzrə iş stajı 1 ilə qədər.
  • Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər.
  • CCSP, CEH, ISO27001:2013, COBIT 5 biliklərini tətbiq etmə qabiliyyəti.
  • Windows Server üzrə biliklər və iş təcrübəsi (server setup, deployment, maintenance)
  • Active Directory üzrə bilikər və iş təcrübəsi
  • Fiziki serverlərlə işləmə bacarığı (quraşdırılması, nəzarətdə saxlanılması və qorunması)
  • Şəbəkə konseptləri üzrə biliklər və təcrübə (firewall, routing, switching)
  • G-Suite idarəetməsi üzrə təcrübə
  • Nəticə-yönümlülük, çeviklik, və problem həll etmə, ünsiyyətcil xarakterə sahib, Mühəndislik etikası çərçivəsində çalışma prinsiplərini tamamlayan və məsuliyyətli yanaşma sərgiləyən
  • Daimi inkişaf, öyrənmə və öyrətməyə həvəsli.
Vəzifə öhdəlikləri:
  • Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir.
  • Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir. 
  • Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir.
  • Firewall avadanlıqlarında icazələrin verilməsini təmin edir.
  • Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
  • Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir.
  • Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir.
  • Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
  • Periodik olaraq daxili və xarici nüfuzetmə və boşluqların müəyyən edilməsi testlərini yerinə yetirir.
  • İş fəaliyyətini İnformasiya təhlükəsizliyi və İT şöbələri ilə koordinasiya edir.
  • Strateji təhlil, daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır.
  • Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
  • Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir. 
  • Kompüter təhlükəsizliyi insidentlərinə cavab tədbirləri və informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin texniki araşdırmalarını nəzərdən keçirilməsi
  • Şəbəkə performansının monitırinqi, test olunması və e=ortaya çıxan problemlərin həlli;
  • Qısa və uzun-müddətli ehtiyac və tələblərin təyin və təmin edilməsi ilə bağlı daxili idarəetmə və müvafiq departament rəhbərləri ilə ortaq fəaliyyət göstərmə;
  • İnfrastruktur layihələrində və təkmilləşdirmə işlərində hazırlıqların təşkili və istifadəçi testlərinin aparılması;
  • Cari sistemlərin effektivliyini və keyfiyyətini analiz etmə, bu sistemlərin inkişafı və gələcək təkmilləşdirmələri üçün fəaliyyət planlarının hazırlanması və icrasına dəstək;
  • Fiziki və virtual serverlərin (verilənlər bazası, e-mail, print və backup serverləri) və onların şirkətdaxili proqram təminatlarının inteqrasiyası və konfiqurasiyası;
  • Şəbəkə və sistem administrasiyası, istifadəsi və xətaya dayanıqlılıq siyasətlərinin, prosedurlarının və müvafiq təlimlərinin tətbiqi və dəstəklənməsi;
  • Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün işləri əlaqələndirir.
  • Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir.
İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında