Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

Tərtər rayonunda Tərtər və Bərdə sakinlərinin müraciətləri dinlənilib
23 JULY 2025

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyul ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Tərtər rayonunda Tərtər və Bərdə sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Tərtər rayonunda istilik enerjisi təchizatı sahəsində 2025-2026-cı illər payız-qış mövsümünə dair aparılan hazırlıq işləri yaxından tanış olub.